Azərbaycanlı polkovnikə Türkiyədə vəzifə verildi

Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə vəzifəyə təyin olunub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, iki ölkə arasında hərbi təlim, yardım və məsləhətləşmə fəaliyyətləri davam edir. Məlumata görə, Azərbaycanla kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru polkovnik Rəşad Tahirov Türkiyə Milli Müdafiə Universitetinə təyinat alıb. Qardaş ölkənin Milli Müdafiə Universitetinin prorektoru, professor Tələt Canbolat isə Azərbaycan Milli Müdafiə Universitetində vəzifəyə təyin olunub. Onlar hər ikisinin fəaliyyət müddəti bir il nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]