Çin Sədri BMT baş katibi ilə görüşdü

Çin Sədri Si Cinpin paytaxt Pekində keçirilən 3-cü “Bir kəmər, bir yol” Forumu üçün ölkəsinə səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

Aktualtv.az xəbər verir ki. bu barədə Çin Xarici İşlər nazirliyi məlumat yayıb.

Pekindəki Xalq Yığıncaq Salonunda keçirilən görüşdə Si Cinpin dünyanın bu gün bir çox təhlükə və çağırışlarla üz-üzə qaldığını və beynəlxalq ictimaiyyətin birləşməli və daha çox diqqət mərkəzində olmasının vacibliyini bildirib.

Çin Sədri “Bir kəmər, bir yol” təşəbbüsü və Qlobal İnkişaf Təşəbbüsünün ümumi inkişaf üçün müsbət enerji yaradacağını bildirib.

Si Cinpin qeyd edib ki, 10-cu ildönümünü keçirən “Bir Kəmər və Yol Təşəbbüsü” zamanla səmərəli nəticələr verib və qlobal ictimai dəyər və beynəlxalq əməkdaşlıq platformasına çevrilib.

Qeyd olunub ki, BMT bu təşəbbüsün mühüm tərəfdaşıdır və bu təşəbbüsə öz töhfəsini verir.

“Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etməkdə olan ölkələrə davamlı inkişaf üçün mühüm imkan yaratdığını və ölkələr arasında “cənub-cənub əməkdaşlığı” üçün bir model olduğunu vurğulayan Quterreş, Çin Sədri tərəfindən forumda açıqlanan 8 bənddən ibarət fəaliyyət planının BMT-nin məqsədlərinə tam uyğun olduğunu bildirib.

Quterreş BMT-nin Çinin çoxtərəflilik istiqamətindəki qəti mövqeyini yüksək qiymətləndirdiyini, Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini dəstəklədiyini və əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]