“Xəritələr Rusiyanın əlindədir” – Lavrov

“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub. İndi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır”.

Bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra deyib.

Lavrov onu da bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyanın əlindədir. Tərəfdaşlar bunu başa düşürlər. Biz bundan böyük nəticə çıxarmağa çalışmırıq. İstəsələr, Brüsseldə şanslarını sınasınlar, amma biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə hazırıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]