Etibarnamə ilə bağlı YENİ XƏBƏR: Sürücülər….

Dünyanın bir çox ölkələrində avtomobili idarə etmək üçün etibarnamə verilməsi qaydası ləğv olunub.

Qonşu ölkələrdə bu mexanizm çox sadə şəkildə həyata keçirilir. Azərbaycanda isə etibarnamə üzrə sənədlərin verilmə qaydaları bir xeyli mürəkkəbdir.

Avtomobil sahibinin digər şəxsə həmin avtomobili idarə etmək üçün etibarnamə verməsi bir yox, bir neçə mərhələdən ibarətdir.

Maraqlıdır, görəsən, Azərbaycanda sürücülük hüququ üçünü verilən etibarnamə ləğv edilə bilərmi?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, Azərbaycanda etibarnamənin tam şəkildə ləğv ediləcəyini düşünmürəm. Onun sözlərinə görə, etibarnamənin ləğv edilməsinin həm müsbət, həm də mənfi tərəfləri var:

“Ona görə də bunun üçün qanunvericiliyə baxılmalı, etibarnamənin əvəzinə digər alternativ yollar düşünülməlidir. Əlbəttə ki, bütün bunlar aidiyyəti qurular tərəfindən həyata keçirilməlidir. Fikrimcə, etibarnamə ləğv edilməlidir. Etibarnamənin ləğvi insanların işini asanlaşdıracaq”.(lent.az)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]