Bu gün 3 rayonun qazı KƏSİLƏCƏK

Bu gün Daşkəsən, Göygöl rayonları və Gəncə şəhərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı oktyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, “Bayan” və “Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrindən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]