Gəncədə qadın nəvələrini İcra Hakimiyyətinin qarşısına atdı

Gəncə şəhərində iki azyaşlı küçəyə atılıb. Bacı-qardaş olan 4 aylıq qız və 3 yaşlı oğlan şəhərin mərkəzində tapılaraq Gəncə şəhər Uşaq Xəstəxanasına gətirilib. Belə ki, uşaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında aşkar edilib, bununla bağlı aidiyyəti üzrə məlumat verilib. Məlum olub ki, yaşlı qadın (körpələrin rəsmi qəyyumu) əvvəl 3 yaşlı oğlanı, daha sonra isə 4 aylıq qız nəvəsini İcra Hakimiyyəti binasının qarşısına qoyaraq gedib. Xəstəxanaya yerləşdirilən körpələrin vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə verilibmiş.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]