Qazaxıstan Almatıda “NATO mərkəzi” ilə bağlı məlumatı təkzib etdi

Qazaxıstan Müdafiə Nazirliyi Almatıda “NATO mərkəzi”nin açılması ilə bağlı mediada yayılan məlumatları təkzib edib. 

Nazirliyin yaydığı məlumatda deyilir:

“23 oktyabr 2023-cü il tarixində Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub. Mərkəz 2006-cı ildən Qazaxıstan Respublikası silahlı qüvvələrinin sülhməramlı komponentinin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir”.

Qeyd olunur ki, söhbət Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan dövlət əlavə təhsil müəssisəsindən gedir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “NATO Mərkəzi”nin açılması ilə bağlı xəbəri şərh edərkən, “Moskva bu məsələ ilə bağlı Astanadan əlavə məlumat alacağını gözləyir”- demişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]