İsmayıllıda qazi rayon icra hakimiyyətinin qarşısında özünü yandırdı

İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub. Bu gün saat 14:30 radələrində rayonun Qubaxəlilli kənd sakini, 1997-ci il təvəllüdlü Mirzəyev Röyal Müşfiq oğlu İsmayıllı rayon İcra Hakimiyyətinin qabağında üzərinə benzin törərək özünü yandırıb. Müxtəlif dərəcəli bədən xəsarərləri alan Röyal Mirzəyev rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə hazırda Bakıya yola salınır. Məlumata görə, 44 günlük Vətən Müharibəsinin qazisi olan Röyal Mirzəyev bu gün icra hakimiyyətində qəbulda olub, müalicə olunmasına köməklik edilməsi ilə bağlı müraciət edib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, bilinmir.(“Unikal”) Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]