“Aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsinizmi?” – Ərdoğan

“Ey Qərb, mən səndən soruşuram, aypara ilə xaç arasında müharibəni yenidən alovlandırmaq istəyirsənmi?”

 Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında Fələstinə dəstək mitinqində çıxışı zamanı bildirib. O, İsrailə səslənərək Qəzza ərazisinin keçmişdə Osmanlı İmperatorluğunun nəzarətində olduğunu xatırladıb və türklərin sadəcə olaraq bu ölkədə baş verənləri pisləməsinin kifayət etməyəcəyini bildirib. 

Türkiyə prezidentinin sözlərinə görə, İstanbulda keçirilən mitinqdə 1,5 milyon insan iştirak edib .

İstanbulda Atatürk hava limanında keçirilən Fələstinə dəstək aksiyasında Ərdoğan Qəzza zolağında baş verənləri də Qərbin məsuliyyət daşıdığı qətliam adlandırıb . O , Ankaranın İsraili hərbi cinayətkar elan edəcəyini də bəyan edib . O, İsraili işğalçı və fraksiya adlandıraraq, Fələstinin HƏMAS hərəkatının terror təşkilatı olmadığını qeyd edib.

Oktyabrın 25-də Ərdoğan Türkiyə parlamentində çıxışı zamanı  Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda İsrailə səfərini ləğv etdiyini açıqlamışdı .

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]