Azərbaycanda çörək UCUZLAŞDI

Azərbaycanda çörəyin qiymətində azalma müşahidə edilib.

60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.

Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir. Qeyd edək ki, son bir ayda Azərbaycanda un bahalaşıb.Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.(“Trend”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]