At qəzaya səbəb oldu – Xəsarət alanlar var

Qaxda at qəzaya səbəb olub.

Hadisə bu gün axşam saatlarında Qax rayonunun Qaradolaq kənd ərazisində baş verib. Novruzov Ramin Abdulla oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına at çıxıb. Sürücü əvvəl atı vurub, daha sonra isə avtomobil yoldan çıxıb.

Hadisə zamanı sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]