Ermənistan Arazdəyəndəki zavodu köçürür – RƏSMİ

Ermənistan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndində inşa etdiyi metallurgiya zavodu başqa yerə köçürüləcək. 

Bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Nazir vurğulayıb ki, zavod “çox da uzaq olmayan bir əraziyə” köçürüləcək. Onun sözləronə görə, köçürmə və tikinti prosesi davam edir, sonrakı addımları investorlar müəyyənləşdirir.

Qeyd edək ki, bundan əvvəl zavodun köçürüləcəyi barədə mətbuatda xəbərlər yayılmışdı.

Xatırladaq ki, Amerika sərmayəsi ilə inşa olunan zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı Rəsmi Bakı dəfələrlə Ermənistandan tikintini dayandırmağı tələb etmişdi. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. 

Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.

Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.

Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı – 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb.

Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.

Qeyd etdiyimiz kimi, Arazdəyənin ərazisi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəddir. Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir.

Kəndin başının üstündəki postda Azərbaycanın üçrəngli bayrağının dalğalanması erməniləri daim təşviş içində saxlayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]