Kanadanın İrəvandakı səfiri Azərbaycanla bağlı sanksiyalara qarşı ÇIXDI

Kanadanın Ermənistana yeni təyin olunmuş səfiri Endryu Törner ölkəsinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini istəməyib.

Səfir bu istəyini Kanada parlamentinin üzvü Hayder Makfersonun Azərbaycana qarşı mümkün sanksiyalarla bağlı sualını cavablandırarkən dilə gətirib.

Səfir qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vurma təhlükəsi var.

“İndi sanksiyaların tətbiqi davam edən sülh səylərinə zərbə vura bilər. Biz heç kimin sanksiya yoluna getdiyini görməsək də, məsələn, Fransadan hərbi dəstəyin mümkünlüyü barədə bəyanatlara şahid oldu. Bu isə Azərbaycanı sülh prosesinə töhfə verə biləcək beynəlxalq görüş və müzakirələrdən imtinaya məcbur etdi”, – Endryu Törner deyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]