Məşhur içki sizi qadına oxşada bilər – Kişilərə XƏBƏRDARLIQ


“Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir”.

Bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.

O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.

Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir.
Ətraflı

“Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya – süd vəzilərinin böyüməsi inkişaf edir”, – deyə Belousov aydınlaşdırıb.

Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.

Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.

Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir. (Oxu.az)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]