Noyabrın 10-12-də İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcək. Bu barədə Ermənistan Sambo Federasiyası məlumat yayıb. Qeyd olunub ki, artıq 70-dən çox ölkənin nümayəndəsi yarışda iştirak etmək üçün ərizə verib. 500-dən çox idmançının və 2500-dən çox qonağın İrəvana gələcəyi gözlənilir.