Rusiyanın Qafandakı Baş Konsulluğu bu tarixdə açılacaq

 
Rusiyanın Ermənistanın Sünik vilayətinin Qafan şəhərindəki Baş Konsulluğu 2024-cü ilin əvvəlinə kimi fəaliyyətə başlaya bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qafanda baş konsulluğun açılması üzrə qabaqcıl qrupunun rəhbəri Andrey Şanin bildirib.

Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Qafan şəhərində Baş Konsulluğunun yaradılması haqqında fərman imzalayıb.

“Bu, real, praktiki işə başlamaq üçün çox mühüm addımdır. Biz ondan çıxış edirik ki, gələn ilin əvvəlinə planlaşdırıldığı kimi, Kapandakı konsulluğumuz fəaliyyətə başlayacaq”, – Şanin bildirib.
 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]