Türk dövlətləri arasında ticarət dövriyyəsi ildə 42 milyard dollara çatıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ixrac-idxal əməliyyatlarının həcmi ildə 42 milyard dollara çatıb.

Bunu TDT-nin Astanada keçirilən Zirvə görüşündə təşkilatın baş katibi Kubanıçbek Omurəliyev deyib.

“Digər əsas məqam iqtisadi inteqrasiyanın gücləndirilməsidir, bu gün bizim birgə ticarətimiz 42 milyard dollara çatıb”, – deyə baş katib bildirib. Onun sözlərinə görə, əldə edilən nailiyyətlər təşkilata üzv ölkələrin rəhbərləri tərəfindən irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi ilə bağlıdır.

Kubanıçbek Omurəliyev qeyd edib ki, TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Bu ilin 11 ayı ərzində isə siyasət, ticarət, iqtisadiyyat, nəqliyyat, gömrük əməkdaşlığı, təhlükəsizlik, təhsil sahələrində keçirilən tədbirlərin sayı 110-na çatıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]