Türk Dövlətləri Təşkilatı liderləri 12 sənəd imzaladılar

Türk Dövlətləri Təşkilatının X sammiti çərçivəsində imzalanan sənədlərin siyahısı açıqlanıb. Bu barədə Qazaxıstan KİV məlumat yayıb.  Qeyd olunub ki, sammitdə 12 sənəd imzalanıb:  1. Astana Aktı; 2. Türk Dövlətləri Təşkilatının X Zirvə Toplantısının Bəyannaməsi; 3. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Türk dünyasının ən ali ordeni” ilə təltif edilməsi haqqında dövlət başçılarının qərarı; 4. Türk dünyasının maliyyə mərkəzləri statusunun verilməsi ilə bağlı dövlət başçılarının qərarı; 5. Türk əməkdaşlıq təşkilatlarının yeni bayraqlarının qəbulu haqqında qərar; 6. Dövlət başçılarının təyinatlar haqqında qərarı; 7. İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusunun verilməsi haqqında qərar; 8. Fevralın 6-nın təbii fəlakət qurbanlarının anım günü və Türk Dövlətləri Təşkilatının əməkdaşlıq günü kimi təsdiq edilməsi haqqında qərar; 9. Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcənin idarə edilməsi qaydaları haqqında qərar; 10. “Türk Dövlətləri Təşkilatının Daimi Nümayəndələri haqqında Əsasnamə”nin hazırlanması haqqında qərar; 11. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müvafiq qurumları arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Protokol; 12. Türk Dövlətləri Təşkilatının 2023-2027-ci illər üçün nəqliyyat kommunikasiyası proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı (yol xəritəsi).

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]