[center][medium]https://www.xeberler.org/uploads/posts/2023-11/1699078041_9d85b8e0-d44c-30c8-bdb1-af6f91982c03_850.jpg[/medium][/center]

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu keçiriləcək.

İlk olaraq “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla üçüncü, Gəncə klubu 6 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Günün digər matçında “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da reallaşacaq görüş saat 18:00-da start götürəcək. Meydan sahibləri 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev

Tofiq Bəhramov adına Respublikastadionu

18:00. ”Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Kapital Bank Arena”

Qeyd edək ki, turun “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək. Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]