Beyini sürətlə qocaldan VƏRDİŞLƏR

Nevroloqlar Zaldi Tan və Rendall Rayt tənha insanların və gecə növbəsində işləyən peşə sahiblərinin beynində qocalma prosesinin daha sürətlə getdiyini bildiriblər.

Aktualtv.az xəbər verir ki, onların bu barədə araşdırmasını “HuffPost” dərc edib.

Z.Tan deyib ki, pensiyaya çıxandan və ya hər hansı həyat şərtlərindən sonra baş verən sosial izolyasiya (təcridolunma) beynin daha sürətlə yaşlanmasına gətirib çıxara bilər. O izah edib ki, başqa insanlarla ünsiyyət zamanı insanın beynində çoxlu sayda informasiya emal olunur və o, müxtəlif qərarlar verir və ya nəticələr çıxarır.

“Beynimiz bu fəaliyyətlə məşğul olmayanda, bəzi sinir kanalları artıq istifadə olunmur və diqqət başqa yerə ötürülür və ya seyrəlməyə başlayır. Bu isə koqnitiv funksiyaların azalmasına gətirib çıxara bilər”, – deyə Z.Tan vurğulayıb.

O, daha sonra bildirib ki, arterial təzyiqin oynaması hallarına məhəl qoyulmaması vərdişinin də beyni sürətlə qocaldır, çünki yüksək təzyiq demensiyanın və qocalıqdan yaranan əqli zəifliyin sürətli inkişafına təkan verə bilər:

“Yeni biliklər əldə etmək istəməmək vərdişi də beyni yaşlandırır. Plastiklik zəkamızın bacarığıdır və beynimizin dəyişikliklərə adaptasiyası deməkdir. Daha yüksək təhsilə və biliyə malik insanlarda demensiya hallarına çox az rast gəlinməsinin açıqlaması məhz oxumaq vərdişi ola bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]