Fiziki şəxslərin bu gəlirləri vergidən azad ediləcək

Fiziki şəxslərin aylıq 200 manat həcmində əldə etdiyi faiz gəlirləri vergidən azad olacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

“Fiziki şəxslərin hər bir bankda olan milli valyutada olan depozitləri üzrə 18 ay və daha yüksək vaxtda yerləşdirilmələr üzrə əldə edilən faiz gəlirləri də vergidən azad olacaq. Bunun da iki hədəfi var. Həm bankların kapitalizasiyasına hədəfləyir ki, banklar biznes kreditlərinin verilməsi üçün uzunmüddətli kreditlər verir. Bundan əlavə, əmanətlərin də daha uzun müddətə cəlb edilməsinə paralellik yaradacaq. Eyni zamanda, milli valyutaya bu güzəştlərin verilməsi milli valyutaya tələbin artırılması siyasətini özündə ehtiva edir”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]