“Çubuq sizdədir, bəs top…?” – Hakan Fidandan ABŞ-yə CAVAB

Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsində səfərdə olan amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.

Aktualtv.az xəbər verir ki, görüş zamanı mətbuata verilən fotoda Blinkenin arxasındakı stolun üzərində ay-ulduzlu Məscidül-Əqsanı xatırladan fiqur diqqət çəkib. 

Digər tərəfdən, ABŞ-nin Ankaradakı səfiri Ceff Flake də Hakan Fidanı ziyarət edib. Görüş zamanı çəkilən fotoda Fidanın masasının üzərindəki beyzbol topu böyük əks-səda doğurub.  

Bunun ABŞ prezidenti Barak Obamanın beyzbol çubuğu ilə çəkilmiş fotosuna cavab olduğu bildirilib.  

Hakan Fidan'ın ABD'ye attığı ilk gol değil

Xatırladaq ki, 2012-ci ildə o vaxtkı ABŞ prezidenti Barak Obama Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apararkən əlində beyzbol çubuğu ilə şəkil çəkdirmişdi. Bu kadr o vaxtlar çox danışılıb, müzakirə olunub. Aradan illər keçsə də, bu hadisə unudulmayıb.

11 il sonra Hakan Fidan  Amerika səfirini qəbul edərkən, masasının üzərindəki  beyzbol topu ilə ABŞ-yə açıq mesaj verib:  “Çubuq sizdədir, bəs top kimdədir?”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]