Humanitar yardım daşıyan 96 yük maşını Qəzza zolağına daxil olub

Beynəlxalq humanitar yardım daşıyan azı 96 yük maşını “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub. Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi məlumat yayıb. “Beynəlxalq humanitar yardım daşıyan 96 yük maşını bu gün “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına gəlib”, – deyə məlumatda bildirilir. Qeyd edildiyi kimi, bu yük maşınlarından 15-i anklav ərazisinə dərman preparatları, 31-i ərzaq, 8-i su, 19-u müvəqqəti yerləşdirmə məntəqələrinin işinin təşkili üçün zəruri olan əşyalar, daha 23-ü isə qarışıq yüklər daşıyıb. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında Qəzza zolağının əhali üçün hər gün 500 yük maşını humanitar yardıma ehtiyacı olduğunu bildirmişdi. Mənbə: TASS

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]