Ermənistan-Gürcüstan sərhədinin keçid məntəqəsində gərginlik

Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmirlər. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Sürücülər bildirir ki, onlar 2 həftə ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar, lakin artıq bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar, çünki Ermənistan tərəfinin sərhəd xidməti normal işləmir. Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Avtomobillərin sürücüləri bilmirlər ki, Ermənistan tərəfdəki keçid məntəqəsinin açılmasını və həmin ölkəyə daxil olmaq imkanını nə qədər gözləməli olacaqlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]