“WhatsApp”dan istifadəçilərə YENİLİK

  “WhatsApp” istifadəçilər təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcək yeni funksiyanı açıqlayıb. Bu barədə messencer ilə bağlı bloqda deyilir. Belə ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq. Yenilik artıq “iPhone” və “Android” istifadəçiləri üçün əlçatandır. Qeyd olunur ki, bu funksiya sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək. Funksiya “Zənglər zamanı IP ünvanlarını qoruyun” adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyib və tətbiq etmək lazımdır. “WhatsApp”da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur. Yeni funksiya üstünlük verən istifadəçilər üçün əlavə məxfilik və təhlükəsizlik səviyyəsini təmin edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]