Ermənistan Parlamentində ATƏT-in iclası keçiriləcək

Noyabrın 18-20-də Ermənistan Parlamentində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Bu barədə erməni KİV məlumat yayıb. “Daxili və xarici çağırışlara qarşı mübarizədə Parlament Assambleyasının rolu” başlığı altında keçiriləcək iclasın İrəvanda keçirilməsi üçün spiker Alen Simonyanın adından ATƏT PA-nın prezidenti və baş katibinə rəsmi məktub göndərilib. Qurumun üzvü olan 57 ölkənin nümayəndə heyətlərindən 300-ə yaxın deputat Ermənistanda qonaq olacaq. Cənubi Qafqaz regionu ilə bağlı məsələlər müzakirə olunacaq. İkitərəfli görüşlər də planlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]