Vəkillərə ödənişlərin məbləğinin artırılması təklif olunub

“Dəyişikliklə dövlət hesabına hüquqin yardımın dairəsi genişlənib. Hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faiz civarı vergi, sığorta və digər xərclərə məruz qalır”. Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Vəkillər Kollegiyası təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib: “Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılıb. Eyni zamanda, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb. Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ 90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]