Azərbaycanlı deputatlar İrəvana gedəcək? – Ermənistandan AÇIQLAMA

Rusiya, Türkiyə və Azərbaycandan olan nümayəndələr ATƏT Parlament Assambleyasının (PA) İrəvanda keçiriləcək payız iclasında iştirak etmək üçün qeydiyyatdan keçməyiblər. Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan İctimai Televiziyaya müsahibəsində bildirib. O qeyd edib ki, ATƏT PA beynəlxalq katibliyi quruma üzv olan 56 ölkənin hamısına, eləcə də 11 tərəfdaş dövlətə dəvət göndərib. Onun sözlərinə görə, hazırda Rusiya, Azərbaycan və Türkiyədən qeydiyyatdan keçmiş iştirakçı yoxdur. “Azərbaycandan olan nümayəndələr əvvəllər Ermənistana gəlmək üçün təhlükəsizlik təminatları məsələsini qaldırdılar və parlament buna hazır olduğunu bildirib. Keçən il Avronest PA-nın sessiyasında azərbaycanlı deputatların iştirak etdiyi bir vaxtda da belə bir təcrübə olmuşdu. Amma hazırda qeydiyyatda deyillər. Artıq sayılı günlər qalıb, güman edirəm ki, Azərbaycandan deputatlar gəlməyəcək”. Xandanyan bildirib ki, ATƏT PA-nın iclasında diqqət mərkəzində Cənubi Qafqaz regionu, eləcə də Ermənistanda və onun ətrafında təhlükəsizlik problemləri olacaq. ATƏT PA-nın payız sessiyasının noyabrın 18-20-də keçirilməsi nəzərdə tutulub. Burada 50-yə yaxın ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]