Saakaşvili yenidən həbsxanaya qayıdacaq

Gürcüstanın keçmiş üçüncü prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlərin müvafiq rəyindən sonra o, həbsxanaya köçürüləcək. Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərlə söhbətində bildirib. “Məhbus Saakaşvili ilə bağlı mən dəfələrlə demişəm ki, biz qanun qarşısında tamamilə ədalətliyik. Bunu həm Gürcüstan məhkəmələri, həm də Strasburq məhkəməsi təsdiqləyib.  Aydın oldu ki, dövlət bu şəxsin sağlamlıq hüququna tam hörmət etmək üçün hər şeyi edir.  Bildiyiniz kimi, onun vəziyyəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, – gürcü nazir bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]