“Top Ermənistanın qapısındadır” – Prezidentin köməkçisi

Ermənistan tərəfindən konkret təkliflər gözləyirik. Sülh müqaviləsi deyəndə, Ermənistan hələ də regiondan kənara baxır. Amma əslində, bu ölkənin baxmalı olduğu Cənubi Qafqaz regionudur. Üçüncü tərəfin gündəliyini bu regiona daşımaq yanlış addımdır. Ermənistan normallaşma istiqamətində danışıqları irəli aparmalıdır. Beləliklə, top Ermənistanın qapısındadır. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli və xarici jurnalistlərə açıqlamasında söyləyib. Regionda kommunikasiya xətlərinin bağlı qalmasının məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayan Hikmət Hacıyev deyib: “Azərbaycanın və qardaş Türkiyənin qənaəti həmişə bundan ibarət olub ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyi təqdirdə, qardaş ölkə onun üçün sərhədləri aça bilər. Ermənistan regionda müsbət siyasət yürüdəcəyi halda bu, mümkündür. Azərbaycan və Türkiyə paralel qaydada münasibətlərin normallaşmasını hər zaman dəstəkləyib. Ermənistan regionun potensialını dəyərləndirməyi bacarmalıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]