Vətən müharibəsi iştirakçısı olan direktor vəfat etdi

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev dünyasını dəyişib.

Bu barədə onun yaxınları məlumat yayıblar. 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib. Evli idi, iki övladı qalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]