Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
İlk olaraq “Səbail” “Kəpəz”i qəbul edəcək.“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. “Dənizçilər” 21 xalla 4-cü, “Kəpəz” 9 xalla 9-cu pillədə qərarlaşıb.Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu – 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.Azərbaycan Premyer LiqasıXIV tur25 noyabr (şənbə)14:00. “Səbail” – “Kəpəz”Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad ƏhmədovHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Seymur Səlimli“ASCO Arena”16:00. “Qəbələ” – “Turan Tovuz”Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran ƏliyevHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovQəbələ şəhər stadionuQeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.










