Əziz Orucov haqda həbs qərarı verildi

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov məhkəməyə çıxarılıb. Səbail Rayon Məhkəməsində keçirilən iclasda iddianamə elan edilib. İstintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror təqsirləndirilən şəxsin həbs edilməsinin zəruri olduğunu deyiblər. Müdafiə tərəfi ittihamı qəbul etməyib. Hakimin qərarı ilə Ə.Orucov barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əziz Orucov dünən saxlanılıb. Onun evində axtarış aparılıb. Kanal rəhbəri Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]