“Öldürülən” Arzu Rzayev danışdı: Ayıbdır…

Ölüm xəbərimi yayanlar peşəsindən xəbəri olmayan jurnalistlərdir. Bu barədə Kult.az-a açıqlamasında müğənni Arzu Rzayev bildirib. “Məni bu məsələylə bağlı hətta canlı efirə də çağırıblar. Bu peşəsindən xəbəri olmayan jurnalistlərin yaydığı məlumatdır. Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən nömrəmə xaricdən nə qədər insan zəng edib. Bu xoşagəlməz xəbərləri yayanlara “ayıb olsun” deyirəm”, – o deyib. Qeyd edək ki, bu gün “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevin oğlu Arzu Rzayev vəfat edib. Lakin bir çox xəbər saytının manşetində müğənni Arzu Rzayevin fotosundan istifadə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]