Mirzoyan Kameronla da görüşdü

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb. Bu barədə Mirzoyan “X” hesabında yazıb.“ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlər haqqında danışdıq. Böyük Britaniya və Ermənistan bu yaxınlarda strateji dialoqa başlayıb”, – Mirzoyan qeyd edib. Onun sözlərinə görə, tərəflər müzakirə zamanı regional mövzulara və Cənubi Qafqazda baş verən hadisələrə toxunub. Qeyd edək ki, Mirzoyan bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]