BMT Qəzzanı dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb

BMT Qəzza Zolağını dünyada uşaqlar üçün ən təhlükəli yer adlandırıb.

UNICEF-in rəhbəri Ketrin Rasselin sözlərinə görə, anklavda daha çox uşaq ölməməsi üçün mümkün olan hər şey edilməlidir.

“Münaqişənin bütün tərəfləri harada olmalarından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların həyatını qorumaq üçün mümkün olan hər şeyi etməlidir”.

Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi əməliyyatlarda fasiləni pozduğunu və yəhudi dövlətinin ərazisinə atəş açdığını bildirib.

Noyabr ayında BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşiliklə çoxlu insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]