“Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır” – MEDİA

“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır”.

Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.

“Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, – açıqlamada deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]