Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, hər iki istiqamətdə;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Şəmsi Bədəlbəyli küçəsi, “Qış” parkının qarşısından Mərkəzi Bank istiqamətində;
- “20 Yanvar” dairəsində;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
- Niyazi küçəsi, hər iki istiqamətdə;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
- Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
- Koroğlu Rəhimov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
- Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
- Bül-Bül prospekti, “Sahil” metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.










