Geniş yayılan maskalanmış depressiya nədir?

Insanlar arasında halsızlıq, gündəlik özünü enerjisiz hiss etmək halları çoxalmaqdadır. Bəziləri bunu yuxusuzluqla, bəziləri iş yükünün ağırlığı ilə əlaqələndirir.

Bəs əsl səbəb nədir?

Psixoloq Elmir Əkbər bizim.media-ya bildirib ki, insanlar gün boyu özünü yorğun, halsız hiss etdiklərində, səhərlər yuxudan dura bilmədikdə, elə bilirlər ki, bu, normal haldır:
“Əsl həqiqətlər tamamilə fərqlidir. Bunun əsas səbəblərindən biri maskalanmış depressiyadır. Ümumdünyya Səhiyyə Təşkilatından da dəfələrlə bildirilib ki, koronavirus pandemiyasından sonra maskalanmış depressiya geniş yayılıb. Maskalanmış depressiya zamanı insanın qidalanması pozulur, o, yemək sindromundan əziyyət çəkir, bəzən heç dadını hiss eləmədiyi şeyləri belə yeyə bilir.

İkinci əsas səbəb, cinsəl problemlərdir. Bu, xüsusilə kişilər arasında yayılıb, adı isə erektil disfunksiyadır.

Qadınlarda isə bu, vaginizm, frigidlik kimi özünü göstərir. Üçüncüsü isə, yuxu problemidir. Ümumilikdə isə günboyu özünü enerjisiz hiss etmək bütün depressiyaların simptomlarından biridir. Adam da var ki, gecəyarı güclü ürək döyüntüsü və təşvişlə yuxudan oyanır. Sadaladığım halları özündə müşahidə edən şəxslər həkim-psixoterapevtə müraciət etməlidirlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]