Agentliyin 2024-cü il üzrə müsabiqələrinə neçə layihə verilib? – AÇIQLANDI

[center][medium]https://www.xeberler.org/uploads/posts/2023-12/1702358764_1702358003_qht_logo-1.jpg[/medium][/center]
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə qrant müsabiqələrinə müraciət başa çatıb.

Agentlikdən verilən məlumata görə, qrant müsabiqələrində yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb.

Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

Bölgü bu şəkildə formalaşıb:

Kiçik qrant müsabiqəsi – 532 layihə;

Orta qrant müsabiqəsi – 147 layihə;

Böyük qrant müsabiqəsi – 75 layihə.

Agentlik bildirib ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək. Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq.

Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]