Azərbaycanda neçə uşağa qızılca peyvəndi vurulub?

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Azərbaycanda son günlər qızılca yoluxma hallarında artım müşahidə edilir. Yoluxma bir çox rayonda, əsasən uşaqlar arasında qeydə alınıb. Səhiyyə Nazirliyi, TƏBİB kimi qurumlar əhaliyə qızılca əleyhinə peyvənd vurulması ilə bağlı çağırış edib. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızılcanın ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. “Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir”, – Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib. Maraqlıdır, Azərbaycanda neçə uşağa peyvənd vurulub? Peyvənd əsasən uşaqlıq dövründə vurulur. Vaksinin birinci dozası uşağın 12-15 ayında, ikinci dozası isə 6 yaşda tətbiq edilir. Modern.az Dövlət Statistika Komitəsinə məsələ ilə bağlı sorğu göndərib. Komitədən saytımıza verilən məlumata görə, qızılca əleyhinə vaksinin birinci və ikinci dozası vurulan uşaqların sayı illər üzrə aşağıdakı kimi olub: 2020-ci ildə Birinci doza: 109 min İkinci doza: 125.5 min 2021-ci ildə Birinci doza: 122.3 min İkinci doza: 134.8 min 2022-ci ildə Birinci doza: 95.6 min İkinci doza: 120 min Beləliklə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]