Komitə bu məscidlərə imam və imam müavini AXTARIR

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib. Müsahibədə iştirak etmək istəyən namizədlər dekabrın 13-dən gələn ilin yanvar ayının 13-ü saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər. Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri qurumun internet saytında yerləşdiriləcək. Tələb olunan sənədlər aşağıdakılardır: – Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış; – Tərcümeyi-hal; – Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış; – Sağlamlıq haqqında arayış; – Narkoloji dispanserdən arayış; – Ruhi-əsəb dispanserindən arayış; – Məhkumluq barədə arayış; – Foto (3×4) (4 ədəd); – Ərizə. Vakant yerlər aşağıdakı məscidlərdədir: 1. Ağcabədi şəhəri “Cümə” məscidi – İmam 2. Astara rayonu, Kijəbə qəsəbəsi “Lovayın” məscidi – İmam müavini 3. Lənkəran rayonu, Separadi kənd məscidi – İmam müavini 4. Tovuz şəhər məscidi – İmam 5. Xaçmaz şəhəri “Təzə şəhər” məscidi – İmam 6. Qax şəhər məscidi – İmam 7. Bakı şəhəri, Yasamal rayonu “Təzəpir” məscidi – Qadın dini ayinlərin icraçısı

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]