Xaricdə yaşayan azərbaycanlılar necə səs verəcək? – 40-dan çox ölkə…

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Seçkilər fevralın 7-də baş tutacaq. Mərkəzi Seçki Komissiyası artıq seçkilərin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

Plana görə, 2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq.

Xarici İşlər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin tarixə qədər diplomatik korpuslarda seçki məntəqələri yaradılacaq.

“Xarici dövlətlərdə olan və konsul qeydiyyatına düşən seçicilər üçün seçki məntəqələri qurulacaq. Amma hələlik seçki məntəqələrinin sayı məlum deyil”.

Məlumata görə, ötən prezident seçkilərində 32 ölkədə yerləşən Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb. Belə ki, Gürcüstan, Türkiyə, Amerika, Rusiya və digər ölkələrdə olan seçicilər səsvermədə iştirak edib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılır və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görməlidir

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]