ABŞ Konqresi ölkə prezidentlərinə NATO-dan çıxmağı qadağan etdi

ABŞ Konqresi NATO-ya dəstəyini bir daha təsdiqləyib.

Artıq ABŞ prezidentləri ölkənin NATO-dan çıxması ilə bağlı birtərəfli qaydada qərar qəbul edə bilməyəcəklər.

“Qanun ABŞ-nin milli təhlükəsizliyimiz üçün əsas olan bu vacib alyansa dəstəyini bir daha təsdiqləyir. Bu, həm də avtoritar ölkələrə azad dünyanın birgə olduğuna güclü siqnal verir”, – deyə senator Tim Keyn bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden prezidentliyi dövründə NATO-nu gücləndirib, Avropaya daha çox qoşun göndərib, həmçinin ittifaqı genişləndirib.

Ağ Evin keçmiş rəhbəri Donald Tramp isə alyansı tənqid edir. Trampın müdafiəçiləri hesab edirlər ki, keçmiş prezidentin tənqidi alyansa üzv dövlətləri müdafiə xərclərini artırmağa ruhlandırıb, bu isə ABŞ-nin yükünü yüngülləşdirir. Lakin Trampın tənqidçiləri onun sözlərinin NATO-nu zəiflətdiyini deyirlər. Onlar Trampın yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-nin alyansın qarşılıqlı müdafiə paktı üzrə öhdəliklərindən imtina edəcəyindən, hətta alyansdan tamamilə çıxa biləcəyindən qorxurlar.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]