Qəzaya düşən PFL əməkdaşlarının vəziyyəti açıqlandı

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının son vəziyyəti açıqlanıb. 

Bu barədə “Bona Dea” xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Elgiz Abbasov və Zaur Hacı-Məhərrəmovun ilkin müalicələri tamamlanıb və evə yazılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar. Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır: “Sürücü Qafarlı Rasimdə bud-çanaq oynağının sınığına görə əməliyyat planlaşdırılır. Şahgəldiyev Aslanın əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.

Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir, önümüzdəki günlərdə müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır”.

Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da Ağdamda qəzaya düşüb. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]