Xəbərdarlıq – Güclü külək əsəcək, qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var. Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]