DAYAQ təşkilatı həmrəylik və vəkillər günü ilə bağlı təltif etmə mərasimi keçirdi

Dayaq Vətən Müharibəsi Əlilərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İydə Parfum, Konor İnşaatın birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində dünya Azərbaycanlılarının həmrəylik günü və vəkillər günü ilə bağlı şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqlarının müdafiəsi sahəsində xüsusi xidmətlərinə görə vəkillərin təltif edilməsi mərasimi keçirilib.

Təltif edilmə mərasimində Millət Vəkilləri, vəkillər, şəhid ailələri, qazilər, İctimai-siyasi fəal şəxslər iştirak edərək çıxış ediblər.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində gördüyü uğurlu fəaliyyətdən söz açdılar. Bildirdilər ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə daima diqqət və qayğı ilə yanaşıb.
Natiqlər qeyd etdilər ki, ulu öndərin əsasını qoyduğu hüquqi, sosial siyasət kursu müzəffər Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Tədbirlə bağlı Dayaq Vətən Müharibəsi Əlilərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev zəngin və çoxşaxəli fəaliyyətində hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət hər zaman ön planda olub.
Dahi lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə şəhid ailələrinin və Vətən müharibəsi əlillərinə hüquqi problemlərinin aradan qaldırılması, sosial problemlərinin həllinə xüsusi diqqət göstərib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]