Ermənistan Hindistandan yeni silahlar almaq İSTƏYİR

Son üç ildə Hindistan Ermənistana əsas silah tədarükçülərindən biri olub.

Bu barədə “The National Interest” nəşrində dərc edilən məqalədə bildirilir.

Müəllif yazır ki, Ermənistan və Hindistan arasındakı 40 milyon dollarlıq müdafiə sövdələşmələrinə “Pinaka” raket buraxılış sistemlərinin satışı, SWATHI radarları, tank əleyhinə raketlər və 155 mm-lik artilleriya silahları daxildir.

Hindistan Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər ki, Ermənistan daha çox müdafiə sövdələşmələrində maraqlıdır. İrəvaj Yeni Dehlidən pilotsuz uçuş aparatları, antidron sistemləri, sursatlar, orta mənzilli hava hücumundan müdafiə sistemləri almaqda maraqlıdır.

Nəşr xatırladır ki, 2022-ci ilin oktyabrında Ermənistanın müdafiə naziri Suren Papikyan Yeni Dehlidə müdafiə sərgisini ziyarət edib və hindistanlı həmkarı Racnat Sinq ilə görüşüb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]