Mübariz Mənsimov Mübariz İbrahimovun adına məktəbdə şagirdlərlə bir arada – FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə İstanbulda fəaliyət göstərən Milli Qəhrəman Mübariz İbrahimovun adına məktəbdə tədbir keçirilib.

Aktualtv.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Holding” şirkətinin prezidenti, təhsil ocağına maddi və mənəvi dəstək göstərən Mübariz Mənsimov da bayram tədbirinə qatılıb.

Müəllim-şagird kollektivi qarşısında çıxış edən Mübariz Mənsimov “Təhsil millətin və dövlətin gələcəyinin təminatıdır. Hər biriniz təhsil alıb öz xalqınızı layiqincə təmsil etməlisiniz” deyib.

Mübariz Mənsimov bildirib ki, Türkiyədə yaşayan şagirdlərin təhsil almalarına dəstək verməyindən məmnundur.

“Ötən il də belə tədbirdə iştirak etdim, bu il də sizinlə birlikdə olmaq istədim. Uşaqların sevinc dolu gözlərini görməkdən böyük xoşbəxtlik yoxdur. Balalarımız böyük həvəslə bu tədbirə hazırlaşıb.

Bu uşaqlarda milli və vətənpərvər ruhunu görürəm. Mən bu tədbirdən əvvəl sinif otaqlarını gəzdim. Sizlər bizim gələcəyimizsiniz. Bundan da artığına layiqsiniz. Qarşıdakı dövrdə daha yaxşı şəraitli məktəbdə yüksək keyfiyyətli təhsil alacaqsınız. Mən hər zaman sizin yanınızda olacam”.

Məktəbin müdiri Aygün xanım Həsənoğlu tədbirin keçirilməsini şagirdlər üçün gözlənilməz sürpriz olduğunu və heç vaxt unudulmayacaq bir gün olduğunu dedi. O, bütün bunları həyata keçirməkdə maddi və mənəvi cəhətdən dəstək göstərən “Palmali Holding” şirkətinə təşəkkür etdi.

“Bu balaların əksəriyyərinin nə məktəbə getməyə, nə də belə bir tədbirlər görməyə imkanları var. Bu gün onların üzü gülürsə, bu, bizə dəstək verən insanların sayəsində mümkün olur. Bu uşaqlar çətin vəziyyətdə evdən məktəbə yola salınır, biz, müəllimlər olaraq, onlara təhsil vermək üçün əlimizdən gələni edirik və edəcəyik”.

Milli və vətənpərvər ruhlu səhnəciklərin göstərilməsi, şeirlərin səsləndirilməsi və rəqslərlə davam edən tədbir xatirə fotosu ilə 2023-cü ilin xatirəsinə həkk olundu. 2024-cü il daha uğurlu və bütün övladların zehni açıq olsun.

Bir 15 kişi ve masa görseli olabilir
Bir pasta ve yazı görseli olabilir
Bir zencefilli kurabiye ve yazı görseli olabilir
Bir 5 kişi ve şunu diyen bir yazı 'Cappy' görseli olabilir
Bir 1 kişi ve müzik enstrümanı görseli olabilir
Bir 5 kişi ve yazı görseli olabilir
Bir 11 kişi, dans eden insanlar ve keman görseli olabilir
Bir 2 kişi, çocuk ve keman görseli olabilir
Bir 2 kişi görseli olabilir
Bir 10 kişi görseli olabilir
Bir 9 kişi görseli olabilir
Bir 19 kişi görseli olabilir
Bir 2 kişi ve düğün görseli olabilir

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]