Finlandiya Rusiyanın nüvə yanacağı üçün tranzit ölkə olmağa davam edir

Finlandiya Rusiya nüvə yanacağı üçün tranzit ölkə olaraq qalır.

Bu barədə TASS-a Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatının mətbuat xidmətinin nümayəndəsi Risto İsakson məlumat verib.

“Nüvə yanacağının özü sanksiyalara məruz qalmır və nüvə yanacağına qarşı sanksiyalar tətbiq olunana qədər tranzitin davam edəcəyini gözləmək olar”, – deyə İsakson bildirib.

O əlavə edib ki, Rusiya nüvə yanacağının sonuncu göndərilməsi 2023-cü ilin dekabrında baş tutub. 2022-ci ilin noyabrında yanacaq Lappeenrata hava limanından göndərilib. Sonrakı çatdırılmalar Helsinki hava limanı vasitəsilə həyata keçirilib.

Qeyd olunub ki, Rusiya ilə Avropa arasında hava nəqliyyatının olmaması səbəbindən Finlandiya vasitəsilə tranzit daşıma 2022-ci ilin payızında başlayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]